“Zenit”in hücumçusu Artyom Dzyuba Rusiya yığmasından imtina edib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 34 yaşlı forvardı bu addımı atmağa Ukrayna ilə yaşanan hərbi gərginlik vadar edib.
Dzyuba millinin qarşıdakı təlim-məşq toplanışına çağırılsa da, Rusiya Futbol İttifaqından gələn təklifi geri çevirib. O, ailə üzvlərinin ukraynalı olmasını əsas göstərərək, millidə oynamaq istəmədiyini bildirib.
Qeyd edək ki, Artyom Dzyuba 2011-ci ildən Rusiya millisinin formasını geyinib.