Bank Of Baku

AVRO-2028-də 32 komanda iştirak edə bilər

AVRO-2028-də 32 komanda iştirak edə bilər
# 09 mart 2022 13:17 (UTC +04:00)

Avropa çempionatının final mərhələsindəki iştirakçı sayı artırıla bilər.

Apasport.az saytının məlumatına görə, UEFA yeniliyi AVRO-2028-də tətbiq etmək niyyətindədir.

Qurum komanda sayının 32-yə yüksəlməsini istəyir. 2016-cı ildə iştirakçı sayını 16-dan 24-ə yüksəldən UEFA növbəti artımı reallaşdırmağı planlaşdırır.

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) bu yeniliyə qarşıdır. Qurum say artımının turnirin səviyyəsini aşağı salacağı qənaətindədir ki, bundan həm futbolçular, həm azarkeşlər itirəcək.

Qeyd edək ki, AVRO-2028 Böyük Britaniya və İrlandiyada keçiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR