Bank Of Baku

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
# 17 iyul 2026 01:55 (UTC +04:00)

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.

APA xəbər verir ki, Ağdam təmsilçisi İslandiyada "Vestri"nin qonağı olub. Bakıdakı ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu səfərdə də eynihesablı nəticəyə imza atıb - 3:0.

Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR