Tailandda baş verən yol qəzasında 25 nəfər ölüb

Tailandda baş verən yol qəzasında 25 nəfər ölüb
# 03 yanvar 2017 03:13 (UTC +04:00)

Tailandın Çonburi əyalətində ağır yol qəzası baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, mikroavtobusla pikap tipli avtomobilin toqquşması nəticəsində 25 nəfər ölüb.

Yol nəqliyyat hadisəsi zamanı toqquşan hər iki avtomobil yanıb. Polis faktla bağlı araşdırma aparır. İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin sükan arxasında yatması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR