Azərbaycan – Estoniya oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununu Şotlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Martın 25-də, saat 19:00-da Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək görüşün baş hakimi David Alexander Munro olacaq. Ona Sean Karr və Duqlas Potter kömək edəcək. Dördüncü hakim funksiyasını Qrant İrvin yerinə yetirərəcək.