Bank Of Baku

Azərbaycan millisi Cənubi Amerika yığmaları ilə qarşılaşa bilər

Azərbaycan millisi Cənubi Amerika yığmaları ilə qarşılaşa bilər
# 14 mart 2022 09:39 (UTC +04:00)

UEFA Millətlər Liqasının formatı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Ceferin açıqlayıb.

Qitə futbol qurumunun rəhbəri digər qitə yığmalarının, xüsusən də, Cənubi Amerika təmsilçilərinin bu yarışda iştirakını istisna etməyib: “Millətlər Liqasından əvvəl yığmalar çox oyun keçirə bilmirdilər. Avropanın böyük komandaları Braziliya, Argentina, Uruqvaya qarşı oynamağa ehtiyac duyurlar. Cənubi Amerika təmsilçiləri də Avropadakı millilərlə oynamaq istədiklərini deyirlər. Bu, yaxşı haldır. Ancaq yenə də formatın dəyişdirilməsi ilə bağlı danışmaq hələ tezdir”.

Millətlər Liqasında format dəyişikliyi baş tutarsa, Azərbaycan millisi də digər qitələrin komandaları ilə qarşılaşa bilər. Yığmamız hazırda C Liqasında mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR