19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, millimiz Avropa çempionatının seçmə oyununda Malta ilə görüşüb.
İkinci mərhələdə B liqasının 1-ci qrupunda mübarizə aparan komandalar Şimali İrlandiyada üz-üzə gəlib. Üç gün öncə Farer adalarını iki qolla yenən Azərbaycan millisi bu dəfə oyuna erkən qolla başlasa da, 1-ci dəqiqədə əldə olunan üstünlüyü qoruya bilməyib. Maltaya uduzan komandamız liderliyi əldən verib.
Qeyd edək ki, komandamız üç gündən sonra Şimali İrlandiya ilə görüşəcək.
Avropa çempionatının seçmə mərhələsi
B liqası, 1-ci qrup
II tur, 10 aprel
17:00. Azərbaycan – Malta – 1:2
Qollar: Pərvin Səfərəliyeva, 1 – Uillis, 62, Ferugia, 69
Larne. İnver Park
|
1 |
Malta |
2 |
1 |
1 |
0 |
3-2 |
4 |
|
2 |
Azərbaycan |
2 |
1 |
0 |
1 |
3-2 |
3 |
|
3 |
Şimali İrlandiya |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
|
4 |
Farer adaları |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |