Bank Of Baku

Azərbaycan millisinin futbolçuları COVID-ə yoluxduğundan toplanış ləğv olunub

Azərbaycan millisinin futbolçuları COVID-ə yoluxduğundan toplanış ləğv olunub
# 02 fevral 2022 09:05 (UTC +04:00)

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında koronavirusa kütləvi yoxlama qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, yığmanın 8 üzvünün testi müsbət nəticələnib.

Fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli, bununla əlaqədar ayın 1-dən 3-dək Bakıda hazırlıq keçməli olan yığmanın toplanışı ləğv edilib. Prosedura uyğun olaraq komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb. Bunlar futbolçular Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov, məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR