Bu gün Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, günün yeganə matçında paytaxt klubları üz-üzə gəlib.
Turnir cədvəlində qonşu olan “Zirə” ilə “Sabah” qəsəbə təmsilçisinin meydanında qarşılaşıb. Görüşdə hesab 63-cü dəqiqədə açılıb. Hamidu Keyta meydan sahiblərini hesabda önə çıxarıb. Matçın sonlarında ikinci qolu vuran fransalı “Zirə”yə 2:0 hesablı qələbə ilə üç xal qazandırıb. Qələbə Rəşad Sadıqovun yetirmələrini 3-cü pilləyə daşıyıb.
Qeyd edək ki, dünənki oyunlarda “Qəbələ” “Səbail”i 2:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın “Sumqayıt”la təxirə salınan görüşü mayın 12-də baş tutacaq.
Premyer Liqa
XVI tur
20 fevral
17:00. “Zirə” – “Sabah” - 2:0
Qollar: Hamidu Keyta, 63, 90+3
Baş hakim: Kamal Umudlu
“Zirə”: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 9. Xulio Sezar Rodriqez, 24. Mixeil Erqemlidze, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
Zirə İdman Kompleksinin stadionu
|
1 |
Qarabağ |
15 |
11 |
3 |
1 |
32-9 |
36 |
|
2 |
Qəbələ |
16 |
8 |
5 |
3 |
25-17 |
29 |
|
3 |
Zirə |
16 |
8 |
4 |
4 |
25-16 |
28 |
|
4 |
Neftçi |
16 |
7 |
4 |
5 |
25-22 |
25 |
|
5 |
Sabah |
16 |
6 |
2 |
7 |
23-25 |
20 |
|
6 |
Keşlə |
16 |
4 |
2 |
10 |
18-28 |
14 |
|
7 |
Sumqayıt |
15 |
3 |
4 |
8 |
10-21 |
13 |
|
8 |
Səbail |
16 |
3 |
2 |
11 |
12-32 |
11 |
Bombardirlər: Davit Volkov (“Zirə”) - 10 qol, Coy-Lens Mikels (“Sabah”), Filip Ozobiç (“Qarabağ”) - 7 qol.