Bank Of Baku

Azərbaycanda Premyer Liqaya vəsiqənin sahibi müəyyənləşib

Azərbaycanda Premyer Liqaya vəsiqənin sahibi müəyyənləşib
# 12 aprel 2022 17:46 (UTC +04:00)

Azərbaycan Premyer Liqasına yeganə vəsiqənin sahibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, I diviziondan elitaya yüksəlmək hüququna “Qaradağ Lökbatan” sahib çıxıb.

Bu, XXI turun ilk oyun günündə rəsmiləşib. MOİK-lə səfər matçında 5:0 hesabı ilə qalib gələn Rafael Əmirbəyovun yetirmələri Premyer Liqaya vəsiqəni təmin ediblər.

20 qarşılaşmada 47 xal toplayan Bakı təmsilçisi I divizionun digər klubları üçün əlçatmaz olub. Cəmi 5 klubun vəsiqə iddiaçısı olduğu turnirdə bu komandalardan heç biri “Qaradağ Lökbatan”a çata bilməyəcək.

“Zaqatala” ilə “Turan Tovuz” hələ əvvəlki turlarda 1-ci yer şansını əldən vermişdi. MOİK liderlə şəxsi oyunda uduzduqdan sonra nəzəri şansları qalmayıb. Bu nəticə “Kəpəz”in də ümidlərinin üstündən xətt çəkib. Hazırda MOİK-in 30, “Kəpəz”in 28, “Zaqatala”nın 27, “Turan Tovuz”un 21 xalı var. Gəncə klubunun 6, digərlərinin 5 oyunu qalıb ki, bu da “Qaradağ Lökbatan”a çatmaq imkanı vermir.

Düzdür, bakılılar çempionluğu təmin etməyib. “Şamaxı-2”, “Qarabağ-2” və “Sabah-2” nəzəri cəhətdən liderə çata bilər. Lakin onlardan heç biri Premyer Liqaya vəsiqə qazana bilməz. Bu üzdən yeganə vəsiqə artıq “Qaradağ Lökbatan”ındır.

Lakin Azərbaycan futbolunda mövcud tendensiyaya əsasən Premyer Liqaya vəsiqə və Premyer Liqaya yüksəlmək fərqli məfhumlardır. Neçə illərdir ki, vəsiqə sahibləri lisenziya ala bilmədiyindən elitaya yüksələ bilmir. Bu üzdən də “Qaradağ Lökbatan”ın qazandığı vəsiqə hələ lisenziyalaşmadan keçməlidir. Bir sözlə, idman prinsipləri yeganə vəsiqənin sahibini müəyyənləşdirib, AFFA və onun komissiyasının neçə vəsiqə və bunu hansı klublara verəcəyi isə hələ bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR