Bank Of Baku

Azərbaycanda XXI əsrdə ən çox oyun keçirən komandalar bəlli olub

Azərbaycanda XXI əsrdə ən çox oyun keçirən komandalar bəlli olub
# 10 yanvar 2022 13:46 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox oyun keçirən komandalar bəlli olub.

Apasport.az saytının hesablamalarına görə, 2001-ci il yanvarın 1-dən indiyədək 36 komanda yüksək liqada mübarizə aparıb.

Onlardan üçü – “Neftçi”, “Keşlə” və “Qarabağ” XXI əsrdə bütün mövsümlərin iştirakçısı olub. Oyun sayında “Neftçi” digər iki komandanı qabaqlayır. Bu üstünlüyə bakılıların iki dəfə “Qızıl oyun”da iştirakı səbəb olub.

Ən çox oyun keçirən 11 komandadan 5-i Premyer Liqada, 1-i Birinci divizionda mübarizə aparırsa, 5 klub artıq fəaliyyətini dayandırıb. “Ölülər”ın siyahısında “Bakı”, AZAL, “Xəzər Lənkəran”, “Turan” və “Simurq” yer alıb.

1. “Neftçi” - 577
2-3. “Keşlə” - 575
2-3. “Qarabağ” - 575
4. “Qəbələ” - 454
5. “Bakı” - 393
6. “Xəzər Lənkəran” - 369
7. AZAL - 362
8. “Turan” - 324
9. “Sumqayıt” - 314
10. “Kəpəz” - 310
11. “Simurq” - 272

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR