Bank Of Baku

Azərbaycanın avrokuboklar üçün klub bölgüsü bəlli olub

Azərbaycanın avrokuboklar üçün klub bölgüsü bəlli olub
# 25 fevral 2022 11:52 (UTC +04:00)

Azərbaycanın avrokubokların 2023/24 mövsümündəki klub bölgüsü dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, buna ölkəmizin UEFA reytinqindəki yekun mövqeyinin dəqiqləşməsi səbəb olub.

Azərbaycan 2017/18-2021/22 mövsümlərini əhatə edən 5 illik dövrü 26-cı yerdə başa vurub. Bu isə o deməkdir ki, avrokuboklardakı klub bölgümüz dəyişməyəcək.

Premyer Liqanın qalibi Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Avropa Liqasında ölkəmizə yer verilməyəcək. Konfrans Liqasında çıxış edəcək Premyer Liqanın gümüş və bürünc mükafatçısı, həmçinin kubokun qalibi II təsnifat mərhələsindən yarışa qatılacaq.

Qeyd edək ki, bir il əvvəl də 26-cı sırada olan Azərbaycan 2022/23 mövsümündə də eyni bölgü ilə Avropa səhnəsinə çıxacaq. Hazırda davam edən, təmsilçilərimiz üçün başa çatan 2021/22 mövsümündə də klublarımız eyni mərhələlərdən yarışa qatılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR