Bank Of Baku

Azərbaycanlı məşqçi “Ayntraxt”la anlaşıb

Azərbaycanlı məşqçi “Ayntraxt”la anlaşıb
# 07 aprel 2022 10:54 (UTC +04:00)

“Kəpəz”in sabiq baş məşqçisi Etibar İbrahimov ölkə xaricində fəaliyyət göstərəcək.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Almaniya klubu “Ayntraxt”la anlaşıb.

Bir müddətdir ABŞ-da yaşayan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının keçmiş məşqçisi Frankfurt təmsilçisinin Çindəki akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək. O, yaxın günlərdə almanlarla 1 illik müqavilə imzalayacaq. Tərəflərin sözləşməni daha 2 illik uzatmaq hüququ da olacaq.

İbrahimov viza ilə bağlı məsələni həll edən kimi Almaniyaya yollanaraq rəsmi sazişə qol çəkəcək və oradan da Çinə yollanaraq işinə başlayacaq. Onu Almaniya klubuna U-17 və U-19 yığmamızın sabiq baş məşqçisi almaniyalı Nikolay Adam məsləhət görüb. Adam hazırda “Ayntraxt”ın beynəlxalq əlaqələr üzrə idman direktorudur.

Qeyd edək ki, Nikolay Adam vaxtilə 2015-ci ildə Hindistanın U-15 yığmasına baş məşqçi təyin olunub və Etibar İbrahimov orada onun köməkçisi kimi çalışıb. İbrahimov 2018/19 mövsümündə “Kəpəz”in baş məşqçisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR