Bank Of Baku

“Barselona” 70 milyon avroluq titul sponsorluq müqaviləsindən imtina edib

“Barselona” 70 milyon avroluq titul sponsorluq müqaviləsindən imtina edib
# 23 fevral 2022 16:28 (UTC +04:00)

“Barselona” titul sponsorluq müqaviləsindən imtina edib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu ildə 70 milyon avroluq gəlir təklifini geri çevirib.

Kriptovalyuta birjası tərəfindən ispanlara bu məbləğ, həmçinin 20 faiz bonus təklif edilib. Ancaq klub rəhbərliyi bunu riskli, dəyişkən və qeyri-sabit hesab edərək, təklifi rədd etmək qərarına gəlib. Halbuki kriptovalyuta birjaları “Barsa”nın rəsmi sponsoru olacaq “Spotify”dən daha çox pul verməyə razı idi.

Qeyd edək ki, “Barselona”nın 3 il ərzində “Spotify”dən 280 milyon avro alması gözlənilir. Klubun stadionunun “Kamp Nou Spotify” adlandırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR