“Barselona”nın prezidenti Joan Laporta mövsümün sonu üçün iki futbolçunu transfer etdiklərini açıqlayıb.
Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, o, həmin oyunçularla artıq müqavilə imzaladıqlarını təsdiqləyib.
Laporta konkret ad çəkməsə də, onların “Çelsi”nin müdafiəçisi Andreas Kristensen və “Milan”ın yarımmüdafiəçisi Frank Kessye olduğu hər kəsə məlumdur: “Növbəti mövsüm üçün iki futbolçu ilə müqavilə imzaladıq. Biri yarımmüdafiəçi, digəri mərkəz müdafiəçisidir. Ancaq onların adlarını açıqlamağa icazə verilmir”.
Qeyd edək ki, həm Kristensenin, həm də Kessyenin klubu ilə müqaviləsi mövsümün sonuna qədər olduğundan, onlar “Barselona”ya azad agent kimi keçəcək.