Bank Of Baku

"Bavariya" 2019-cu ildən sonra ilk dəfə meydanı qolsuz tərk edib

"Bavariya" 2019-cu ildən sonra ilk dəfə meydanı qolsuz tərk edib
# 07 aprel 2022 09:15 (UTC +04:00)

“Bavariya”nın Çempionlar Liqasındakı qol seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, Münhen klubu 2019-cu ildən sonra ilk dəfə meydanı qolsuz tərk edib.

Bu, 1/4 finalın ilk oyununa təsadüf edib. Yulian Naqelsmanın yetirmələri səfərdə “Vilyarreal”ın qapısına yol tapa bilməyib.

Bununla da 30 matçlıq seriya qırılıb. “Bavariya” 2019-cu ilin fevralında “Liverpul”a qarşı keçirdiyi görüşdən sonra hər qarşılaşmada ən azı 1 qol vurub. Həmin oyun 0:0 hesabı ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR