“Beşiktaş”ın futbolçusu Fransisko Montero avtomobil qəzası keçirib.
Apasport.az saytının DHA-ya istinadən məlumatına görə, hadisə bu gün baş verib.
Qəza zamanı ispaniyalı müdafiəçinin ailəsi də avtomobildə olub. Lakin xoşbəxtlikdən heç kim xəsarət almayıb. 24 yaşlı futbolçu oradan məşqə qatılmaq üçün birbaşa klubun bazasına yollanıb.
Qeyd edək ki, Fransisko Montero 2020-ci ildən “Beşiktaş”da çıxış edir.