Bank Of Baku

Bundesliqa “Rostov”un futbolçusunun transferinə icazə verməyib

Bundesliqa “Rostov”un futbolçusunun transferinə icazə verməyib
# 16 mart 2022 16:55 (UTC +04:00)

“Rostov”un müdafiəçisi Baştuşun “Arminiya”ya transferi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, Anqola millisinin üzvü Bundesliqa klubu ilə müqavilə bağlasa da, orada oynamaq arzusu puç olub.

31 yaşlı mərkəz müdafiəçisi Rusiya klubu ilə müqaviləni dondurduqdan sonra “Arminiya” ilə 2 aylıq sözləşmə imzalamışdı. Lakin Bundesliqa rəhbərliyi oyunçunu qeydiyyata almaqdan imtina edib. Bu səbəbdən Baştuşun keçidi təsdiqlənməyib.

Qeyd edək ki, Baştuş bu mövsüm Rusiya Premyer Liqasında 14 oyun keçirib, 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR