Almaniya çempionatının oyunları bir dəqiqəlik sükutla başlaya bilər.
Apasport.az saytının məlumatına görə, Almaniya Futbol Liqası (DFL) bununla bağlı klublara müvafiq tövsiyə verib.
Qurum Ukraynadakı vəziyyətlə bağlı Bundesliqa və 2-ci Bundesliqa klublarını belə addım atmağa çağırıb: “DFL Rusiyanın Ukraynaya müdaxiləsini qətiyyətlə pisləyir. Müharibə istənilən formada qəbuledilməz və idman dəyərləri ilə bir araya sığmır. Biz zərərçəkənlərə görə narahatıq. DFL bu məsələdə beynəlxalq qurumlarla sıx təmasdadır. DFL birinci və ikinci Bundesliqa klublarına təəssüfünü və sülhə arzusunun təcəssümü kimi qarşıdakı turun oyununa bir dəqiqəlik sükutla başlamağı tövsiyə edir”.