Bank Of Baku

Burak Yılmaz Türkiyə millisindən gedib

Burak Yılmaz Türkiyə millisindən gedib
# 25 mart 2022 02:53 (UTC +04:00)

Hücumçu Burak Yılmaz Türkiyə futbol millisində karyerasını başa vurub.

APA xəbər verir ki, B.Yılmaz bu qərarını Türkiyə millisinin Portuqaliya yığmasına məğlubiyyətindən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

O, gənclərə yol açmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Türkiyə səfərdə Portuqaliyaya 3-1 məğlub olub. B. Yılmaz bir qol vursa da, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR