Bank Of Baku

“Çelsi” Azərbaycan çempionatının bombardirini alır

“Çelsi” Azərbaycan çempionatının bombardirini alır
# 10 fevral 2022 14:57 (UTC +04:00)

Azərbaycan yığmasının futbolçusu Şəkər Piriyeva karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu “Çelsi”nin maraq dairəsinə düşüb.

London klubu 16 yaşlı istedadı heyətində görmək istəyir. Böyük britaniyalılar “Gömrükçü”nün forvardının keçidini yaxın müddətdə həll etmək niyyətindədir.

Qeyd edək ki, Şəkər U-17-nin heyətində son seçmə mərhələdə iki oyunda 2 qol vurub. O, U-17-lərin ölkə çempionatında bombardirlər yarışında ön sıralarda qərarlaşıb.

Şəkər komandasının 7 matç keçirdiyi yarışda 24 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR