Bank Of Baku

  ÇL: "Real" yarımfinala vəsiqə qazanıb, "Bayern" Çempionlar Liqası ilə vidalaşıb

  ÇL: "Real" yarımfinala vəsiqə qazanıb, "Bayern"  Çempionlar Liqası ilə vidalaşıb
# 13 aprel 2022 01:47 (UTC +04:00)

Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

APA xəbər verir ki, İspaniya təmsilçiləri "Real" və "Villareal" yarımfinala vəsiqə qazanıb.

"Real"-"Çelsi" qarşılaşması İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnsə də, iki oyunun nəticəsinə görə "Real" növbəti mərhələyə çıxıb. İlk oyunda "Real" səfərdə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəlmişdi.

Digər oyunda Münhenin "Bayern" komandası öz meydanında "Villareal"ın müqavimətini qıra bilməyib. Oyun 1:1 olub. İlk oyunda "Bayern"i 1:0 hesabı ilə məğlub etmiş İspaniya təmsilçisi iki oyunun nəticəsinə görə yarımfinala vəsiqə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR