Bank Of Baku

DÇ-2022-də İranı İtaliya əvəz edə bilər

DÇ-2022-də İranı İtaliya əvəz edə bilər
# 31 mart 2022 17:00 (UTC +04:00)

İtaliya millisi DÇ-2022-də iştirak edə bilər.

Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, bu, FIFA-nın İran yığmasını yarışın iştirakçıları siyahısından çıxaracağı təqdirdə mümkün olacaq.

İranda qadınların stadionlara getməsinə icazə verilmədiyi üçün ali futbol qurumu sanksiya tətbiq edə bilər. Əgər mundial iştirakçılardan hər hansı biri FIFA-nın qərarı ilə turnirdən kənarlaşdırılarsa, avtomatik olaraq Skuadra Azurra onu əvəz etməlidir. Çünki italyanlar dünya çempionatına qatıla bilməyən komandalar arasında ən yüksək reytinqə malikdir.

Qeyd edək ki, pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya 0:1 hesabı ilə məğlub olan İtaliya yığması ardıcıl ikinci dəfə dünya çempionatından kənarda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR