Bakıda iki nəfəri bıçaqlayan şəxs tutulub

Bakıda iki nəfəri bıçaqlayan şəxs tutulub
# 29 avqust 2017 10:29 (UTC +04:00)

Bakı şəhərində 2 nəfəri bıçaqlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 27-də Bakı şəhər sakinləri Tural Səfərzadəyə və İslam Rəşidova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Əkbər Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR