Bank Of Baku

Elxan Məmmədov: “Premyer Liqada 10 komanda iştirak edəcək”

Elxan Məmmədov: “Premyer Liqada 10 komanda iştirak edəcək”
# 02 fevral 2022 10:21 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlayıb.

Assosiasiyanın bu gün keçirilən Hesabat Konfransında çıxış edən qurum rəsmisi bildirib ki, dəyişiklik 2022/23 mövsümündən tətbiq olunacaq: “Növbəti mövsüm Premyer Liqada 10 komanda iştirak edəcək”.

3-4 ildir Premyer Liqada iştirakçı sayını 8-dən 10-a qaldırılması gündəmdə olsa da, bunu reallaşdırmaq alınmır. Məmmədov fors-major durum ortaya çıxmasa, 2022-23 mövsümündə Premyer Liqaya iki yeni klubun qəbul olunacağını və yarışın 10 komandanın iştirakı ilə təşkili barədə qərar qəbul edildiyini bildirib.

Qeyd edək ki, 2016/17 mövsümündən 8 komanda ilə keçirilən Premyer Liqa ardıcıl 6 mövsümdür eyni formatla təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR