Bank Of Baku

Elxan Məmmədov “Qarabağ”ın addımını təqdir edib

Elxan Məmmədov “Qarabağ”ın addımını təqdir edib
# 25 fevral 2022 12:03 (UTC +04:00)

"Qarabağ" UEFA Avropa Konfrans Liqasında çıxışını başa vursa da, təmsilçimizi təbrik etmək olar”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Qurum rəsmisi Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə Bakıdakı cavab oyunu və qarşılaşmada yaşanan feyr-pley hadisəsi barədə fikirlərini açıqlayıb: “Təkcə ona görə yox ki, "Qarabağ" qrup mərhələsini uğurla keçdi və play-off-da kifayət qədər güclü rəqibə qarşı çox gözəl oyun nümayiş etdirdi. Həm də ona görə ki, Ağdam klubu turnirdəki son oyununda gözəl bir fair-play nümunəsi göstərdi. İbrahima Vadjinin əl ilə toxuşundan sonra qapıdan keçən topu baş hakim qol kimi qeydə alsa da, Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirdi. Hakim qərarını dəyişdi və qol qərarını ləğv etdi. Doğrudur, qol sevincimiz uzun çəkmədi, lakin etiraf etməliyik ki, futbol meydanlarında çox nadir hallarda rast gəldiyimiz bir ədalətli oyun nümunəsinin şahidi olduq. Qurban müəllimin və “Qarabağ”ın futbolçularının bu addımı sözün əsil mənasında təqdirəlayiqdir. Rəhbərlik etdiyim UEFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarlarımla birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacağıq".

Qeyd edək ki, “Qarabağ”ın “Marsel”ə 0:3 hesabı ilə uduzduğu matçın gedişində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakimin kobud səhvi üzündən bu top hesaba alınıb. Lakin baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətindən sonra referiyə qolun əllə vurulduğunu dediyi üçün bu top hesaba alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR