Bank Of Baku

Emil Balayev Qazaxıstan klubu ilə anlaşıb

Emil Balayev Qazaxıstan klubu ilə anlaşıb
# 25 fevral 2022 10:12 (UTC +04:00)

“Qarabağ”ın qapıçısı Emil Balayevin karyerasını yenidən Qazaxıstanda davam etdirəcəyi dəqiqləşib.

Apasport.az xəbər verir ki, bu barədə meta-ratings.kz saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisinin qolkiperi Qazaxıstan Super Liqa təmsilçisi “Turan”la hərtərəfli anlaşma əldə edib. 27 yaşlı qapıçının tezliklə rəsmi müqavilə imzalayacağı və komandanın Çimkənddəki toplanışına qatılacağı vurğulanıb.

Türkistan təmsilçisi bu keçid üçün “Qarabağ”ın da razılığını alıb. Emil “Turan”ın hazırkı baş məşqçisi Vladimir Qazzaevin rəhbərliyi altında 2019-cu ildə “Tobol”da çıxış edib.

Qeyd edək ki, Luka Quqeşaşvilinin gəlişindən sonra “Qarabağ”da 3-cü qapıçıya çevrilən Emil Balayevin müqavilə müddəti mövsümün sonuna qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR