“Fənərbaxça”nın sabiq prezidenti Aziz Yıldırım xəstəxanadan evə buraxılıb.
Apasport.az saytının məlumatına görə, 70 yaşlı funksionerin səhhətinin qaydasında olduğu açıqlanıb.
Koronavirusa yoluxduğu üçün ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilən Yıldırımın budəfəki testi neqativ çıxıb. Bu üzdən o, xəstəxananı tərk edib.
Qeyd edək ki, “Fənərbaxça”nın hazırkı prezidenti Ali Koç da bu həftənin əvvəlində koronovirusa yoluxub.
***
Saat. 11:04
“Fənərbaxça”nın sabiq prezidenti Aziz Yıldırım xəstəxanaya aparılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Buna səbəb 70 yaşlı keçmiş funksionerin koronavirusa yoluxmasıdır. Testi pozitiv çıxan Yıldırım ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə “Fənərbaxça”nın prezidentliyini edib.