Bank Of Baku

FİFA Rusiya ilə bağlı qərarı dəyişə bilər

FİFA Rusiya ilə bağlı qərarı dəyişə bilər
# 30 mart 2022 09:49 (UTC +04:00)

FIFA Rusiya Futbol İttifaqının (RFİ) qurum üzvlüyündən çıxarılmasında maraqlı deyil.

Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, ali futbol qurumu RFİ ilə bağlı qərarını dəyişə bilər.

FIFA Konqresinin sabahkı toplantısında məhz bu məsələ müzakirəyə çıxarılacaq. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası böyük ehtimalla ruslara qarşı mövcud sanksiyaları qüvvədə saxlayacaq. Həmçinin RFİ-nin qurumdakı fəaliyyətinin dondurulması da gündəmdədir.

Qeyd edək ki, Rusiya yığması və klubları FIFA və UEFA tərəfindən beynəlxalq arenalardakı yarışlardan kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR