Bank Of Baku

Futbolçulara Rusiya klubları ilə müqaviləni ləğv etməyə icazə verilə bilər

Futbolçulara Rusiya klubları ilə müqaviləni ləğv etməyə icazə verilə bilər
# 03 mart 2022 14:45 (UTC +04:00)

FIFA və UEFA əcnəbi futbolçulara Rusiya klubları ilə müqaviləni ləğv etməyə icazə verə bilər.

Apasport.az saytının məlumatına görə, adıçəkilən qurumlar hazırda bu məsələni müzakirə edir.

Yaxın 7-10 gün ərzində qərarın açıqlanması gözlənilir. Müqavilələrə birtərəfli xitam verilməsi oyunçuların gələcək karyerasına mənfi təsir etməyəcək. Buna görə, onlara hansısa cəza tətbiq olunmayacaq.

FIFA və UEFA bu ideyanı mümkün qədər tez həyata keçirmək istəyir ki, futbolçular Rusiya təyyarələri üçün hələ də açıq olan İstanbul və ya Belqrad vasitəsilə ölkəni tərk etmək imkanı əldə etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR