Norveç millisinin və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland yeni ev alır.
Apasport.az saytının məlumatına görə, hücumçu bununla bağlı anlaşma imzalayıb.
O, İspaniyanın Marbelyada yeni ev alacaq. Bu, forvardın şəhərdəki ikinci əmlakı olacaq. O, bayramları ailəsi ilə birlikdə Marbelyada keçirir.
Bu ev şəhərin Naqueles rayonunda yerləşir. Onun qiyməti 6,5 milyon avrodur.
Qeyd edək ki, Haland “Real” və “Barselona”nın maraq dairəsindədir.