Bank Of Baku

İlk Ukrayna çempionu fəaliyyətini dayandırıb

İlk Ukrayna çempionu fəaliyyətini dayandırıb
# 29 mart 2022 12:03 (UTC +04:00)

“Tavriya” klubu ikinci dəfə fəaliyyətini dayandırıb.

Apasport.az saytının məlumatına görə, 1992-ci ildə Ukraynanın ilk çempionu adını qazanan klub yenidən dağılıb.

Simferopol təmsilçisi Krımın ilhaqından sonra 2014-cü ildə də fəaliyyətinə son qoymuşdu. Sonradan Xersonda bərpa olunan komanda ikinci liqada mübarizə aparırdı. Klubun yenidən tarixin yaddaşına köçməsinə Ukraynadakı müharibə səbəb olub. Belə şəraitdə mövcudluğunu davam etdirə bilməyən komanda yenidən dağılıb.

Qeyd edək ki, “Tavriya” bir dəfə Ukrayna çempionu, bir dəfə kubokun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR