Bank Of Baku

İngiltərə çempionatında oyun dayandırılıb

İngiltərə çempionatında oyun dayandırılıb
# 06 fevral 2022 21:20 (UTC +04:00)

İngiltərə çempionatının “Morkem” – “Bolton” görüşü 10 dəqiqəlik dayandırılıb.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionun 1:1 hesabı ilə başa çatan qarşılaşmasında irqçiliklə bağlı münaqişə üzündən fasilə yaranıb.

Matçın baş hakimi Ros Cons oyunun sonlarına bir neçə dəqiqə qalmış görüşü saxlayıb. Buna qonaqların baş məşqçisi İan İvattın meydan sahiblərinin irqçiliklə bağlı şüarlarına etirazı səbəb olub.

10 dəqiqəlik fasilədən sonra görüş başa çatdırılıb. Stadiondan kənarlaşdırılan azarkeşlə bağlı polis araşdırması başlayıb. Qonaqların da 5 fanatı xuliqanlıq üstündə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR