İtaliya kubokunun reqlamenti dəyişdiriləcək.
Apasport.az saytının məlumatına görə, UEFA və əksər Avropa ölkələrinin ardından İtaliyada da səfər qolu prinsipi ləğv ediləcək.
Bu qayda cari mövsümdə qüvvədə olsa da, növbəti turnirdə üstünlük qazandırmayacaq. Bu il keçiriləcək yarımfinal mərhələsinin “Milan” – “İnter” və “Fiorentina” – “Yuventus” görüşləri səfər qolu qaydasının qüvvədə olduğu son matçlar olacaq.
Qeyd edək ki, İtaliya kubokunda bu qayda 1965-ci ildə qüvvəyə minib.