Bank Of Baku

Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib

Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
# 15 yanvar 2025 22:08 (UTC +04:00)

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

Bunu Ağdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Juninyo 2028-ci ilə qədər Braziliya klubunun şərəfini qoruyacaq. O, komandada 23 nömrəli formanı geyinəcək.

2023-cü ilin yayından Azərbaycan çempionunun formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

O, komanda ilə ölkə çempionu və kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR