İspaniya La Liqasında növbəti baş məşqçisi gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Kadis” Alvaro Servera ilə vidalaşıb.
Mütəxəssis 2016-cı ildən komandaya rəhbərlik edirdi. 3-cü divizion təmsilçisinin sükanı arxasına keçən Servera “Kadis”i La Liqaya qədər daşıyıb.
Ötən mövsüm 12-ci yeri tutan klubun bu il göstərdiyi nəticələr rəhbərliyi qane etməyib. Komanda hazırda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, 20 oyun keçirən “Kadis”in cəmi 14 xalı var.