“Kəpəz” 2022/23 mövsümündə Premyer Liqada iştirak üçün AFFA-ya müraciət edib.
Bu barədə apasport.az saytına assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, Gəncə klubu elitaya qayıtmaq üçün lisenziyalaşdırma prosesinə başlayıb: “Kəpəz” AFFA-nın dəstəyi ilə artıq neçə ildir ki, stabil olaraq birinci divizionda iştirak edir. Bəli, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, növbəti mövsüm Premyer Liqada 10 komanda yer alacaq. Lisenziyaya uyğun olaraq 2 komanda Premyer Liqaya əlavə olunacaq. Hansı komandaların olacağını indi deyə bilmərəm. Amma ümid etmək olar. “Kəpəz” lisenziyalaşdırma ilə bağlı artıq müraciət edib. Yaxın həftələrdə digər klublar da müraciət edəcək”.
Qeyd edək ki, “Kəpəz” sonuncu dəfə 2017/18 mövsümündə Premyer Liqada iştirak edib, sonuncu yeri tutub.