“Keşlə”nin futbolçusu Umnisə Əliyeva cəzalanıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Umnisənin 8 oyun stadiona girişinə qadağa qoyulub. Belə ağır cəzaya onun Yüksək Qızlar Liqasının “Keşlə” – “Qəbələ” matçındakı davranışı səbəb olub.
Əliyeva bu görüş zamanı cəzalı durumda olsa da, “fərqlənməyi” bacarıb. O, rəqib komandanın oyunçularını təxribata çəkib. Bu üzdən də 8 matçlıq cəzaya layiq görülüb.