İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, 1/8 finalda “Barselona”nı məğlub edən “Atletik”i daha bir çətin sınaq gözləyir.
Bilbao təmsilçisi yarımfinala vəsiqə uğrunda bu ay İspaniya Superkubokunun finalında məğlub olduğu “Real”la üz-üzə gələcək. Qarşılaşma Bilbaoda baş tutacaq. Digər cütlüklərdə “Real Sosyedad” “Betis”i, “Valensiya” “Kadiz”i, “Rayo Valyekano” isə “Malyorka”nı qəbul edəcək.
Bu mərhələnin oyunları fevralın 2-də keçiriləcək.