Bank Of Baku

Kristian Eriksen Premyer Liqaya qayıdır

Kristian Eriksen Premyer Liqaya qayıdır
# 31 yanvar 2022 09:23 (UTC +04:00)

Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən Premyer Liqada çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Brentford”a keçməyə yaxındır.

Eriksen artıq tibbi müayinədən də uğurla keçib. O, yaxın müddətdə rəsmi müqavilə imzalayacaq.

Anlaşma mövsümün sonunadək olacaq. Tərəflərin razılaşmasında müqavilənin sonradan daha bir il müddətinə uzadılması ilə bağlı bənd də nəzərdə tutulub.

Qeyd edək ki, AVRO-2020-nin Finlandiya – Danimarka oyununda (1:0) ürəyi dayanan futbolçu təxminən yarım il meydanlardan kənar qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR