Bank Of Baku

Levandovski PSJ və “Barselona”ya təklif olunub

Levandovski PSJ və “Barselona”ya təklif olunub
# 01 aprel 2022 15:29 (UTC +04:00)

Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski iki kluba təklif olunub.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçunun agenti ona komanda axtarmaqda davam edir.

Kristian Falk müştərisi ilə bağlı “Barselona” və PSJ ilə danışıqlar aparır. “Bavariya” rəhbərliyi agentin fəaliyyətindən xəbərdardır. Münhen təmsilçisi də müqaviləsi 2023-cü ildə başa çatacaq Roberti saxlamaq niyyətindədir.

Qeyd edək ki, hücumçu cari mövsümün 37 matçında 45 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR