Bank Of Baku

Lionel Messi antirekorda imza atıb

Lionel Messi antirekorda imza atıb
# 16 fevral 2022 09:04 (UTC +04:00)

PSJ-nin futbolçusu Lionel Messi antirekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı argentinalı Çempionlar Liqasında ən çox penalti qaçıran futbolçu adına şərik çıxıb.

O, 1/8 final mərhələsinin “Real”la ilk oyununda 11 metrlik nöqtədən qol vura bilməyib. Bu, Messinin qitənin ən nüfuzlu klub turnirində qaçırdığı 5-ci penaltidir. O, 23 cəhddən 18-də fərqlənə bilib.

Lionel bununla da Tyerri Anrinin antirekordunu təkrarlayıb. Fransalı da 5 dəfə penaltidən xətaya yol verib. Serxio Aquero və Ruud van Nistelroyun 4 vurulmayan penaltisi var.

Qeyd edək ki, PSJ evdə “Real”a 1:0 hesabı ilə qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR