Niderland millisinin baş məşqçisi Lui van Qal xərçəng xəstəliyindən sağalıb.
Apasport.az saytının məlumatına görə, bunu 70 yaşlı mütəxəssis özü açıqlayıb.
İki ildir bu xəstəliklə mübarizə apardığını bildirən van Qal müayinələrin işə yaradığını söyləyib: “Artıq sağaldım. 25 dəfə müalicə aldıqdan sonra bunun xeyrinin olub-olmadığını görmək üçün 6 ay gözləməli idim. Artıq tam dəqiqliklə deyə bilərəm ki, tamam sağalmışam”.
Qeyd edək ki, Lui van Qal bu ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatından sonra Niderland millisindən ayrılacaq. Onu bu postda Ronald Kuman əvəz edəcək.