Bank Of Baku

Mahir Emreli Zaqreb “Dinamo”suna keçib - VİDEO

Mahir Emreli Zaqreb “Dinamo”suna keçib - VİDEO
# 03 fevral 2022 08:49 (UTC +04:00)

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli karyerasını Xorvatiyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Zaqreb “Dinamo”suna keçib.

Polşa “Legiya”sı ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozan forvard yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2021-ci ilin yayında “Qarabağ”dan Varşavaya keçən forvard 33 matçda 11 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR