Bank Of Baku

“Mançester Yunayted” əfsanəsi: “Ronaldo və Poqba getməlidir”

“Mançester Yunayted” əfsanəsi: “Ronaldo və Poqba getməlidir”
# 05 aprel 2022 10:06 (UTC +04:00)

“Mançester Yunayted”in əfsanəvi hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın futbolçuları Kriştiano Ronaldo və Pol Poqba barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, “Derbi Kaunti”nin baş məşqçisinin fikrincə, adıçəkilən oyunçular Premyer Liqa klubundan göndərilməlidir.

Runi sabiq komanda yoldaşı Ronaldonun əvvəlki durumda olmadığını söyləyib: “Mövsümün əvvəlində Ronaldo Çempionlar Liqasında mühüm qollar vurdu. Ancaq qarşıdakı 2-3 mövsümdə “Mançester Yunayted”i təkmilləşdirmək üçün daha gənc, ac oyunçulara güvənmək lazımdır. Kriştiano artıq əvvəlki oyunçu deyil. Qol vura bilər, amma komandanın gənclərə daha çox ehtiyacı var. O ki qaldı Poqbaya, o da karyerasında yeni addım atmalıdır. Fransa millisində tam fərqli oyunçu olur. “Mançester Yunayted” onu göndərməlidir. Çünki klubda elə də səviyyəli oyun nümayiş etdirmir”.

Qeyd edək ki, Poqbanın müqavilə müddəti mövsümün sonuna qədərdir. Ronaldo isə gələn ilin yayına qədər “Mançester Yunayted”ə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR