Bank Of Baku

“Marsel”-“Qarabağ” oyununun hakimləri açıqlanıb

“Marsel”-“Qarabağ” oyununun hakimləri açıqlanıb
# 15 fevral 2022 13:06 (UTC +04:00)

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Marsel”lə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA Fransadakı qarşılaşmaya Monteneqrodan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Görüş Nikola Dabanoviçə həvalə olunub. Ona həmyerliləri Milovan Dyukiç və Vladan Todoroviç kömək edəcək. Miloş Boşkoviç dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Referilərin işinə hakim-inspektor Haim Jakov (İsrail) qiymət verəcək. Belçikalı Fernand Meese UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcəksə, Hakimlərlə Əlaqələr üzrə mütəxəssis fransalı Sofien Benşaban olacaq.

Qeyd edək ki, fevralın 17-də “Velodrom”da keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR