Bank Of Baku

“Marsel”i Bakıda 180 fransız azarkeş dəstəkləyəcək

“Marsel”i Bakıda 180 fransız azarkeş dəstəkləyəcək
# 23 fevral 2022 15:26 (UTC +04:00)

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Marsel” dəstəksiz qalmayacaq.

Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə bir qrup fransalı tribunadakı yerini alacaq.

Liqa1 təmsilçisini bu qarşılaşmada konkret olaraq 180 azarkeşin dəstəkləyəcəyi bildirilib.

Qeyd edək ki, sabah Bakıda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Marseldəki ilk matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR