Bank Of Baku

Məhkəmə Mourinyo ilə bağlı qərarını açıqlayıb

Məhkəmə Mourinyo ilə bağlı qərarını açıqlayıb
# 03 mart 2022 09:09 (UTC +04:00)

İspaniya Milli Məhkəmə heyəti “Roma”nın baş məşqçisi Joze Mourinyoya kəsilmiş vergi cəriməsini ləğv edib.

Apasport.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssisə vergidən yayınmaya görə verilən 571 min avroluq cərimə qərarı qüvvədən düşüb.

İspaniyanın vergi orqanları mütəxəssisi az miqdarda gəlir verməkdə ittiham edərək ona qarşı şikayət açmışdı. Lakin məhkəmənin hökmündə bunun sübuta yetirilmədiyi bildirilib və iş bağlanıb: “Təqsir yalnız fərz edilməli deyil, sübuta yetirilməlidir”.

Qeyd edək ki, Joze Mourinyo 2010-2012-ci llərdə “Real”ın baş məşqçisi olduğu zaman aldığı maaşın vergisini ödəməməkdə ittiham edilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR