“Milan” Sven Botmanla anlaşıb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu Fransa “Lill”ində çıxış edən müdafiəçi ilə şəxsi müqavilənin bütün detallarını razılaşdırıb.
22 yaşlı niderlandlı yeni klubuna yayda keçməyə yaxındır. Keçid baş tutsa, onunla 5 illik müqavilə imzalanacaq. Futbolçu bonuslardan əlavə 3 milyon avro qazanacaq.
Transferin reallaşması üçün klublar arasında razılıq əldə olunmalıdır. Fransa təmsilçisi müdafiəçi üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Botman cari mövsümün 28 matçında 3 qol vurub.