Bank Of Baku

Musa Dembele karyerasını bitirib

Musa Dembele karyerasını bitirib
# 08 fevral 2022 12:06 (UTC +04:00)

Belçika millisinin və “Tottenhem”in sabiq futbolçusu Musa Dembele karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin son klubu “Quançjou” olub.

2019-21-ci illərdə Çin təmsilçisində çıxış edən Dembele karyerasını elə Asiya klubunda yekunlaşdırmağa üstünlük verib. Musa özü üçün doğma olan Antverpendə məskunlaşmaq və ailəsinə daha çox ayırmaq niyyətindədir.

Qeyd edək ki, Musa karyerası ərzində “Jerminal”, “Villem”, “Alkmaar”, “Fulhem”, “Tottenhem” və “Quançjou”da çıxış edib. O, yığma ilə DÇ-2018-in bürünc mükafatçısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR